KÖMƏK

KÖMƏK

Təhsil Nazirliyi tərəfindən təqdim olunan e-sinif.edu.az portalı da təhsil sistemində sosial şəbəkə səciyyəsi daşıyır. Bu elektron şəbəkə müəllim, şagird və valideyn arasında əlaqənin yaradılmasına xidmət edəcək.

  • Portala qeydiyyat

    Portaldan istifadə etmək üçün qeydiyyat tələb olunur. Bunun üçün Portala daxil olduqda əsas səhifədə qarşınıza çıxacaq “qeydiyyatdan keç” düyməsini (Şəkil 1) çıqqıldadaraq açılan formanı (Şəkil 2) doldurmaq və sonra GÖNDƏR düyməsinə çıqqıldatmaq lazımdır. Bu əməliyyatı yerinə yetirdikdə artıq siz portalda qeydiyyatdan keçmiş hesab olunursunuz. Portalda müəllim və ya şagird kimi qeydiyyatdan keçəbilərsiniz.

  • Portala daxil olmaq

    Əsas səhifədəki ”daxil ol” düyməsinə (Şəkil 3) çıqqıldatdıqdan sonra açılan aşağıdakı formada (Şəkil 4) portalda qeydiyyatdan keçərkən daxil etdiyinin e-poçt ünvanını və parolu yazdıqdan sonra ”daxil ol” düyməsini çıqqıldadın. Artıq siz portala daxil olursunuz.

  • Parolu unutdum

    Əgər parolunuzu unutmusunuzsa "daxil ol" formasında "parolumu unutdum" düyməsinə çıqqıldadın. Açılan formaya e-poçt ünvanınızı daxil edin və göndər düyməsinə çıqqıldadın parolunuz e-poçt ünvanınıza göndəriləcəkdir.